“Sənə Qurban” – Sözləri (Lyric)
Bağışla məni özümə
Əzablar görən gözümə
Bu səhfi vurma üzümə
Ömür günüm sənə qurban
Etməmişəm yad gününü
Unutmuşam şad gününü
Tək qeyd etdin ad gününü
Ömür günüm sənə qurban
Çiçək versəm iyləmərsən
Səndə təbrik eyləmərsən
Heç belədə söyləmərsən
Ömür günüm sənə qurban
Dərd elə üst üstə idim
Sanki son nəfəsdə idim
Məni bağışla xəstə idim
Ömür günüm sənə qurban
Rəhm elə sən göz yaşıma
Cavan düşdü dən başıma
Sən mənə nifrət daşıma
Ömür günüm sənə qurban