Toxunmayın siz mənə
Yanıb dolub durmuşam
Gözlərimin yaşıyla
Həsrəti sularmışam
Toxunmayın siz mənə
Bu gün qonağım gəlib
Yorğun düşmüş bu zəvvar
Qollarımda dincəlib
Qollarımda dincəlib
Toxunmayın siz ona
Sevgidə uduzubdur
Bir vaxt məni dəyişən
Qapıma üz tutubdur
Toxunmayın siz ona
Bağlanmışdım mən ona
O sevgisin satmışdı
Bir zamanlar milyona
Toxunmayın siz allah
Qoyun özünə gəlsin
Bu peşiman sevgilim
Qollarımda dincəlsin
Toxunmayın siz ona
Qoyun mürgülü qalsın
İtirdiyi sevgisin
Yuxularında tapsın
Toxunmayın siz ona
Sevgidə uduzubdur
Bir vaxt məni dəyişən
Qapıma üz tutubdur
Toxunmayın siz ona
Bağlanmışdım mən ona
O sevgisin satmışdı
Bir zamanlar milyona