SÖZLƏR:
Mən bu yollardan çox keçmişəm
Hər cür insanları çox görmüşəm
Nifrətin, kinin
Səbəbi nəydi bilməmişəm
Çünki etmədim
Kimləri gördüm
Kimlərdən döndüm
Nələr duydum
Nələrə şahid oldum
Həyatımda hər an
Məni sevənlərə
Mənə dost deyənlərə
Sadiq oldum
Mənəm sönməz atəş
Ürəklərdə yanan
Getsəm də birgün bu diyardan
Silinməz ismim
Unudulmaz səsim
Nəğmələrimdən gələr nəfəsim
Odlar diyarının
Günəşiyəm mən
Sizə göydən baxan Ay
İçim ağlasa da
Qarşınızda
Borc bilib gülmüşəm
Gözəl libasda
Kədərsiz xoşbəxtlik olarmı?
Üzümü qaranlıqda işığa tutmuşam
Kimləri gördüm
Kimlərdən döndüm
Nələr duydum
Nələrə şahid oldum
Həyatımda hər an
Məni sevənlərə
Mənə dost deyənlərə
Sadiq oldum
Mənəm sönməz atəş
Ürəklərdə yanan
Getsəm də birgün bu diyardan
Silinməz ismim
Unudulmaz səsim
Nəğmələrimdən gələr nəfəsim
Mənəm sönməz atəş
Ürəklərdə yanan
Getsəm də birgün bu diyardan
Silinməz ismim
Unudulmaz səsim
Nəğmələrimdən gələr nəfəsim
Mənəm sönməz atəş
Ürəklərdə yanan
Getsəm də birgün bu diyardan
Silinməz ismim
Unudulmaz səsim
Nəğmələrimdən gələr nəfəsim
Odlar diyarının
Günəşiyəm mən
Sizə göydən baxan Ay