Mene Oyret ( sözləri )
Tək tənha yaşamaq mənə çətindir
Biz ayrıldıq amma yadlar sevindi
Mən sevmək , sevilmək nədir bilmirdim
Sən mənə öyrətdin əzizim indi
Mənə öyrət, mənə öyrət
Artıq sənsiz nəfəs almağı
Mənə öyrət, mənə öyrət
Xəyalınla baş-başa qalmağı
Mənə öyrət, mənə öyrət
Kabus gecələrdən qurtulmağı
Mənə öyrət
Xəyalın gözümdə qara kölgədir
Hər günüm kədərdir, qəmdir, qüssədir
Qəlbimi göyərdən, sənsizlik deyi
Səni xatırladan qəmli nəğmədir