[Bənd 1]
Getməyinlə sən etdin
Etdin mənə zülm
Heç zaman toxunmasın
Ayağın daşa gülüm
[Keçid]
Dərdini çəkdim yaman
Nazını çəkmək çətin
Sənsiz necə olacaq
Sonu bu məhəbbətin?
[Nəqərat]
Ya məni öldür, qurtar
Yada ki yaşat məni
Sən yoxsan deyə, gülüm
Yaşatmır həyat məni
[Bənd 2]
Dönür durnalar geri
Sən hansı qatardasan?
Sən sevgidən doğulan
Şirin mahnılardasan